“Beşiktaş” “Qalatasaray”ı darmadağın edərək Super Kubokun qalibi oldu
- 04 Avq 2024 00:15
- 200
İstanbulda keçirilən Türkiyə Super Kubokunun oyununda “Beşiktaş” “Qalatasaray”ı darmadağın edib.
Rekord.az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda baş tutmuş matçda “qara qartallar” 5 cavabsız qola seviniblər.
“Beşiktaş”ın yeni transferlərindən olan Çiro İmmobile bu görüşdə dubla imza atıb. Digər qolları Yonas Svensson, Rafa Silva və Mustafa Həkimoğlu vurublar.
Bununla da “Beşiktaş” 10-cu dəfə Türkiyə Super Kubokunu qazanıb və qələbə sayında “Trabzonspor”la bərabərləşib. “Qalatasaray” 17 kubokla turnirin rekordçusu olaraq qalır.