“Beşiktaş” və “Fənərbağça”nın sabiq baş məşqçisi vəfat edib
- 25 Avq 2024 15:15
- 149
Türkiyədə “Beşiktaş”, “Fənərbağça” və “Bursaspor” futbol komandalarını çalışdırmış alman məşqçi Kristof Daum vəfat edib.
Rekord.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən alman mütəxəssis 70 yaşında həyatla vidalaşıb.
Daum Türkiyə klubları ilə yanaşı Almaniyada “Bayer”, “Ştutqart”, “Köln”, “Ayntraxt”ı, Belçikada “Brügge”ni, Avstriyada “Austriya”nı, həmçinin Rumıniya millisini də çalışdırıb. Türkiyədə 3 dəfə ölkə çempionluğu qazanmış mütəxəssis, həmçinin ölkə kubokunu (2) və “Cümhurbaşqanlığı Kuboku”nu (1) qazanıb.