“Beşiktaş”da “Qalatasaray” matçı öncəsi 7 zədəli
- 26 Okt 2019 15:40
- 893
Türkiyənin “Beşiktaş” klubu da “Qalatasaray”la derbi matçına ciddi itkilərlə çıxacaq.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisində Dorukhan Toköz, Burak Yılmaz, Gökhan Gönül, Duqlas Pereyra, Abdulay Diabi, Kevin Nkudu və Viktor Ruis zədədən əziyyət çəkir.
Avropa Liqası çərçivəsində Portuqaliyanın “Braqa” klubu ilə oyunda da iştirak etməyən bu oyunçulardan Gökhan, Burak, Diabi, Nkudu, Ruis və Duqlasın oynayıb-oynamayacağına bu axşam baş tutacaq son məşqdən sonra qərar veriləcək. Dorukhanın isə derbidə forma geyməyəcəyi dəqiqdi.
Qeyd edək ki, cari mövsümə çox uğursuz start verən “Beşiktaş” Super Liqada çıxdığı 8 oyundan sadəcə, 2-də qalib gəlib. Üç heç-heçəsi də olan “qara qartallar” cəmi 9 xal qazana bilib. “Braqa” ilə oyunda azarkeşlərin istefaya səslədiyi baş məşqçi Abdullah Avcının ümidləri doğrultmadığı iddia olunur. Onun rəhbərliyi altında bu mövsüm 11 rəsmi oyuna çıxan komanda cəmi 2 qələbə qazana bilib.
Sabah baş tutacaq “Beşiktaş” - “Qalatasaray” matçına yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00) start veriləcək.