Türkiyənin “Beşiktaş” klubu Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Ayaks”la (Niderland) qarşılaşacaq.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi sözügedən səfər oyununa ciddi itkilərlə çıxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Beşiktaş”ın “Ayaks”la oyun üçün heyətinə 11 əsas futbolçu daxil edilməyib. Zədəsi olan Domaqoy Vida, Atiba Hatçinson, Vellinton, Kevin Nkudu, Raşid Gezzal, Mehmet Topal, Miralem Pyaniç, Kayl Larin, zədədən yeni sağalan Aleks Teyşeyra, Necip Uysal və koronavirus testi müsbət çıxan Fransisko Montero Niderland komandasıyla qarşılaşmanı buraxacaq.

Sabah keçiriləcək “Ayaks” – “Beşiktaş” matçı saat 20:45-də başlayacaq.