“Beşiktaş”ın prezidentinin qolu qırıldı
- 10 Fev 2020 12:20
- 964
Türkiyənin “Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çebinin dirsəyi qırılıb.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Hadisə komandanın "Fulya Hakkı Yeten" bazasında baş verib. Çebi orada "ağ-qaralar"ın qadınlardan ibarət komandasının "Ataşehir Belediyespor"la oyununu izləyərkən yıxılıb. Nəticədə onun qolu dirsək nahiyəsindən qırılıb.
Xəstəxanada müvafiq müdaxilələrdən sonra o, evinə buraxılıb.