“Beşiktaş”ın yeni prezidenti bəlli oldu
- 20 Okt 2019 23:30
- 780
Türkiyənin “Beşiktaş” klubunun yeni prezidenti müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu gün keçirilən seçkilərdə Əhməd Nur Çebi İstanbul təmsilçisinin yeni prezidenti seçilib.
Onunla yanaşı, Serdal Adalı və Hürser Tekinoktay da prezidentlik uğrunda mübarizə aparıb. Lakin Əhməd Nur Çebi daha çox səs toplayıb. O, səslərin 4015-ni qazanarkən, Adalı 2311, Tekinoktay isə cəmi 458 səs toplaya bilib.
Beləliklə, Əhməd Nur Çebi “Beşiktaş” tarixinin 34-cü prezidenti olub. Ona qədər bu postu Fikrət Orman tuturdu. Lakin 2012-ci ildən İstanbul klubuna rəhbərlik edən Orman bir müddət əvvəl istefasını açıqlamışdı.