Bəşirovların Praqa sınağı
- 17 İyl 2021 17:14
- 697
Çexiyanın paytaxtı Praqada cüdo üzrə gənclərin Avropa kubokuna start verilib. Rekord.az xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan millisinin heyətində “Qəbələ” İdman Klubunun cüdoçuları da qüvvəsini sınayacaq.
Təmsilçilərimiz arasında Murad Bəşirovla (73 kq) Gülşən Bəşirova (48 kq) da yer alıblar. Qəbələnin Abrıx kəndindən olan bacı-qardaş ilk dəfə eyni beynəlxalq turnirdə mübarizə aparacaqlar. Bu, 2002-ci il təvəllüdlü Muradın beynəlxalq arenada birinci sınağıdır. Ondan 1 yaş kiçik olan Gülşən belə yarışlarda daha təcrübəlidir.
Yeniyetmələrin Yay Olimpiya Festivalının bürünc mükafatçısı olan Bəşirova Praqada 1/8 finaldan yarışa başlayacaq. Onun ilk rəqibi ispaniyalı Yeva Peres Soler olacaq. Murad isə ilkin mərhələdə isveçrəli Aleksis Batalionla qarşılaşacaq.