"Sabah"la yeni müqavilə imzalamayan Bəxtiyar Həsənalızadənin növbəti mövsümdə yenidən "Sumqayıt"da forma geyinəcəyi deyilir

Rekord.az xəbər verir ki, hətta tərəflər arasında 1 illik müqavilə ilə bağlı ilkin razılıq da əldə olunduğu da bildirilir.

Lakin saytımıza açıqlama verən futbolçu məlumatı təkzib edib: "Növbəti mövsümü harada keçirəcəyim hələlik məlum deyil. Bir neçə klubla danışıqlar gedir. "Sumqayıt" da o klubların sırasındadır. Amma aramızda heç bir anlaşma filan yoxdur. Yazırlar ki, guya 1+1-lik razıllq əldə etmişik, tamamilə yanlış informasiyadı. Dediyim kimi, bir neçə klubla danışığımız gedir, amma heç kiminlə konkret razılıq əldə olunmayıb".