Bəxtiyar Musayev: "Bizim futbolda ya öz dostlarını işə götürürlər, ya da yaltaqları”
- 27 Noy 2019 18:00
- 916
Milli komandamızın sabiq futbolçusu Bəxtiyar Musayev futbolumuzun bugünkü durumu haqda tənqidi fikirlər səsləndirib.
Rekord.az azerisport.com-a istinadən yazır ki, o, deyib ki, hazırda bizim yeniyetmələrdən ibarət milli komandalarımız da ağır hesabla uduzurlar.
“Artıq minimal hesablı məğlubiyyət layiqli hesab olunur. Bizdə qəribə ənənə yaranıb. Əgər qrupun aşkar autsayderi yoxdursa, bu halda həmin komanda biz oluruq. Artıq Lixtenşteynə də uduzuruq. Az qala hər gün tələb olunur ki, uşaq futbolunu inkişaf etdirmək lazımdır. Amma bu istiqamətdə iş görülmür. Bizdə hətta klublara da adamları özünəməxsus şəkildə qəbul edirlər. Ya öz dostlarını işə götürürlər, ya da yaltaqları. Bizim futbolda həqiqət heç kimə lazım deyil. Özümü misal gətirim. 17 yaşımda “Neftçi”də debüt etmişəm. Ləkəli reputasiyam olmayıb. Amma indi kənardayam. Niyə? Ona görə ki, iş haqda xahiş etmirəm. Bizdə təhsilə fikir vermirlər. Klublara normal kadrlar nəyə lazımdır ki? Heç kim sənin işinə baxmır. Onlara başqa şeylər lazımdır”.