Mil-Muğan Regional Gənclər və İdman idarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Beyləqan Olimpiya İdman Kompleksində karate döyüş növü üzrə nümünəvi çıxışlar təşkil olub.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, bədən tərbiyə və idmana marağın artırılması, karate idman növünün tanıdılması, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi olmuşdur.