Beynəlxalq Dağ Xizəyi Federasiyasının baş katibi Azərbaycanın qonaqpərvərliyindən razı qalıb
- 14:10
- 41
Beynəlxalq Dağ Xizəyi Federasiyasının baş katibi: “Azərbaycanın qonaqpərvərliyi ən önəmli faktordur”
“Burada olan bütün idmançılar və biz xoşbəxtik ki, bu möhtəşəm xizək kompleksindəyik”.
"Rekord.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Dağ Xizəyi federasiyasının baş katibi Jordi Kanal Fontan deyib.
“Burada olan bütün idmançılar və biz xoşbəxtik ki, bu möhtəşəm xizək kompleksindəyik. Bizim üçün ən önəmli faktor Azərbaycanın qonaqpərvərliyi oldu. Ümid edirəm ki, burada keçirilən dünya çempionatı bundan sonrakı beynəlxalq tədbirlərə, Avropa çempionatlarına da zəmin yaradacaq və bu davamlı olacaq”.