Beynəlxalq dərəcəli hakimimiz növbəti dəfə avrokubokda
- 30 Noy 2022 14:58
- 428
Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə həmyerlimizə etimad göstərib. "Rekord.az" xəbər verir ki, Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev avrokubok matçına təyinat alıb.
Həmyerlimiz bu gün Türkiyənin İzmir şəhərində keçiriləcək CEV kubokun 1/8 final mərhələsinin qarşılaşmasını idarə edəcək.
Fuad Ağayev kişi voleybolçular arasında "Arkas İzmir" (Türkiyə) və "Valsa Group Modena" (İtaliya) klublarının görüşünün ikinci hakimi olacaq. Matçın birinci hakimi vəzifəsini isə serbiyalı Tomislav Popoviç yerinə yetirəcək.