"Dostluq üçün futbol" beynəlxalq uşaq sosial proqramının xəbərlər bürosunun təşkilat komitəsi 2020-ci ildə futbol üzrə Avropa Çempionatının oyunlarının keçirildiyi 11 şəhərin 11 ən yaxşı gənc jurnalistlərinin adını çəkmişdir. Onlar hamısı bu il Patrik Şikin qazandığı AVRO-2020-də ən yaxşı qola görə mükafatının təqdim edilməsi mərasimində iştirak edəcəklər. Turnirin ən yaxşı qoluna görə nadir mükafat UEFA ilə əməkdaşlıq çərçivəsində "Qazprom" tərəfindən təsis edilmişdir. 
Proqramda iştirak etdiyi vaxtda öz ölkəsində ən yüksək qiymət almış gənc jurnalistlər qələbə qazanmışlar. Bura "Doqquz sərvətlər məktəbində" məşğələlərə getmək və AVRO-2020-nin UEFA Çempionatı zamanı xəbərlər bürosunda 11 iyundan 11 iyula qədər işləmək daxil idi. Proqramın 145 iştirakçısından hər biri öz ölkəsində bir oyunda, məktəbdə 6 məşğələdə iştirak etmiş, oyun haqqında bir reportaj hazırlamış, turnirin ən yaxşı qolu üçün proqnoz vermişdir və mobil jurnalistikada öz layfxaklarını paylaşmışdır.
AVRO-2020-nin UEFA-da "Dostluq üçün futbol" proqramının xəbərlər bürosunun ən yaxşı jurnali̇stləri̇ aşağıdakılar oldular: Nicat Tağızadə (Bakı), Nitiya Xandelval (Kopenhagen), Cekson Gilliqan (London), Kristina Bastron (Münxen), Teo Ronaseki (Budapeşt), Marko D'Akille (Roma), Lola Flor (Amsterdam), Luka Liye (Buxarest), Denis Qantsev (Sankt-Peterburq), İvan Artamonovs (Qlazqo), və Amador Lopes Blesa (Sevilya).
Proqram haqqında
"Dostluq üçün futbol" beynəlxalq uşaq sosial proqramı 2013-cü ildə "Qazprom" PSC tərəfindən futbol vasitəsilə universal sərvətlərin gənc nəsilə aşılanması məqsədilə təsis edilmişdir.
9 mövsüm ərzində "Dostluq üçün futbol" proqramı 211 ölkədə və dünya regionunda 16 min nəfərdən artıq iştirakçını birləşdirmiş, həmçinin sosial məsuliyyət, idman və kommunikasiyalar sahəsində 60-dan artıq mükafatı, o cümlədən tarixdə ən çox millətli futbol məşqinə, ən kütləvi futbol onlayn tədbirinə və dünyada virtual stadionun ən çox tamaşaçı sayına görə Ginnesin™ üç Dünya rekordunu qazanmışdır.


https://www.youtube.com/watch?v=hirK-eXirBY