Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax istefa verib.


Rekord.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.


İstefa BOK-un İcraiyyə Şurası tərəfindən qəbul edilib. Qərar iyunun 23-dən, Tomas Bax öz səlahiyyətlərini yeni prezidentə təhvil verdikdən sonra qüvvəyə minəcək.


71 yaşlı rəhbər 1991-ci ildən BOK-un üzvlüyünə seçilib.


Komitədə prezident seçkiləri martın 20-də baş tutacaq.