Almaniyanın “Berlin” və Fransanın “Metz” klublarının gənclərdən ibarət komandalarının oyunundan sonra dava düşüb, bir oyunçu ölüb.

Futbolinfo.az xəbər verir ki, hadisə Frankfurtda keçirilən beynəlxalq turnirdə baş verib.

Münaqişə nəticəsində “Berlin”in 15 yaşlı bir futbolçusu ağır yaralanıb və xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Yerli polisin verdiyi məlumata görə, ağır kəllə-beyin travması alan almaniyalı oyunçu xəstəxanada vəfat edib.

Nəticədə, “Metz”in 16 yaşlı bir futbolçusu bu səbəbdən həbs olunub.