Biləsuvarda poliatlon çöxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
- 12 Okt 2023 14:45
- 354
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Biləsuvar təhsil sektorunun birgə təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası günü münasibətilə “VMH” (vətənin müdafiəsinə hazıram) poliatlon çöxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, yarışda 19 ümumtəhsil məktəb komandasından ümumilikdə 95 nəfər gənc iştirak edib.
Yarış 4 növçülük (100 m. və 2000 m. məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma) üzrə keçirilib. Gərgin mübarizə şəraitində keçən yarışda Bağbanlar kənd tam orta məktəbin komandası I yerə, Xırmandalı kənd 2 saylı tam orta orta məktəbin komandası II yerə, Zəhmətabad kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Mükafatlandırma mərasimində çıxış edən sektor müdiri Azad Quliyev əvvəlcə Dövlət Müstəqilliyinin Bərpası günü münasibətilə idmançıları təbrik edib, yarışın gənclərin Vətənin müdafiəsinə hazırlığında müstəsna əhəmiyyətindən danışaraq onlara uğurlar arzulayıb. Sonda qalib komandalar müvafiq diplomlarla təltif olunublar.
Qeyd edək ki, yarış Beynəlxalq Poliatlon Çöxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən keçirilmişdir.