Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 14 iyun 2023-cü il tarixində "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, fərdi qaydada keçirilən turnirinin nəticəsinə əsasən 1-ci yeri İsayev Murad, 2-ci yeri Quliyev Rza, 3-cü yeri Əhmədov Ülvi tutmuşdur.

Turnirdə hakimlik vəzifəsini Ramil İmanov yerinə yetirmişdir.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və Binəqədi rayon Bələdiyyəsinin sədri Mürsəl Eminov iştirak etmişdir.