Bir gündə 100 min maska satdı
- 26 Apr 2020 15:38
- 778
"Bavariya" bir gün ərzində komandanın rənglərini özündə əks etdirən 100 min qoruyucu maska satışı həyata keçirib.
Rekord,az xəbər verir ki, satışdan əldə olunan gəlir koronavirusla mübarizədə iştirak edən xeyriyyə cəmiyyətlərinə və sosial qurumların hesablarına köçürüləcək.
“Biz bu addımla baş nazir Markus Sederin “Pandemiya ilə mübarizədə nizam-intizam nümunəsi olmaq lazımdır” çağırışına qoşulduğumuzu göstəririk və bunun üçün hər şeyi edəcəyik” - deyə, Münhen təmsilçisinin direktorlar şurasının sədri Karl Haynts-Rummenige bildirib
Maskalar "Bavariya"nın 120 illik yubileyi münasibətilə Çempionlar Liqasının 1/8 final mərhələsinin "Çelsi" ilə cavab matçında azarkeşlərə verilməsi nəzərdə tutulan şarflardan hazırlanıb. Uşaqlar üçün maskaların qiyməti 5,95 avro, böyüklər üçün isə 6.95 avrodur.