“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 18-ci turunda “Neftçi”ni qəbul edib.


Rekord.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı birinci hissədə oyunçularının çox həyəcanlandıqlarını deyib:


“İki fərqli hissə oldu. Birinci hissədə oyunçularım çox həyəcanlandılar. Lazım olan aqressiyanı göstərə bilmədilər. İkinci hissəni götürsək, razı qaldım. Oyunçular aktiv olduqlarına görə əvəzləmə etmədim. Sonlara yaxın Milleri buraxdım.


Fərqi yoxdur, Ayxan, Tural olsun, hazırlıqları yaxşıdır. Sadəcə, dediyim kimi, uşaqlar özlərini yaxşı hiss edirdilər. Ona görə də, çox əvəzetmə olmadı”.