Transfer çalışmalarını davam etdirən 1-ci Liqa klubu “Zaqatala” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, bölgə təmsilçisi iranlı futbolçu Matin Qahremanini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Matin daha öncə 2022/23 mövsümündə “Zaqatala”da çıxış edib.