Birinci liqa klubu “Sumqayıt”ın sabiq qapıçısını transfer edib
- 04 Avq 2024 12:30
- 173
“Sumqayıt”ın sabiq qapıçısı İlnur Vəliyev Azərbaycana qayıdıb.
Rekord.az xəbər verir ki, o, “Qaradağ Lökbatan”la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qolkiperlə bir illik müqavilə imzalanıb.
Vəliyev son olaraq “Rubin-2” və Tatarıstan çempionatında iştirak edən “Sokol” klubunun forması geyinmişdi.