
Birincilikdə növbəti oyunlar baş tutub
- 09 Apr 2025 10:11
- 110
Kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində XVIII turun üç qarşılaşması baş tutub.
Günün ilk oyununda “Neftçi” 3:0 hesabı ilə MOİK komandasına qalib gəlib.
Daha sonra “AZERRAIL” və “Xilasedici” klubları üz-üzə gəliblər. Gərginliyi ilə yadda qalan bu qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. “Xilasedici” 3:2 hesabı ilə “AZERRAIL”komandasına qalib gəlib.
Turun son oyunu isə “Murov Az Terminal” və “Gənclər” komandaları arasında olub. Bu oyunda isə qalib üç setdə bəlli olub. “Murov Az Terminal” komandası meydandan 3:0 hesabı ilə qalib ayrılıb.
Yüksək Liqa
XVIII TUR
MOİK - “Neftçi” 0:3 (21:25, 23:25, 18:25)
“AZERRAIL” - “Xilasedici” 2:3 (25:17, 25:19, 21:25, 25:27, 10:15)
“Murov Az Terminal” - “Gənclər” 3:0 (25:15, 26:24, 25:19)