“Biz “Neftçi”ni layiqli şəkildə təmsil etməliyik”
- 12 Fev 2020 15:42
- 863
Bu gün “Neftçi”nin futbolçusu Soni Mustivarın 30 yaşı tamam olur.
Rekord.az xəbər verir ki, 1990-cı ildə dünyaya gəlmiş haitili yarımmüdafiəçi 2017/2018 mövsümündən çıxış etdiyi “ağ-qaralar”ın heyətində 54 oyun keçirib, 3 qol vurub. Mustivar Haiti millisinin forması ilə meydana çıxdığı 19 matçda iki dəfə fərqlənib.
Mustivarın “Neftçi”nin saytına verdiyi müsahibəni təqdim edirik:
- Doğum gününüz mübarək, Soni! Özünüzü 30 yaşda necə hiss edirsiz?
- Təbrikinizə görə sağ olun. Özümü gənc hiss edirəm (gülür).
- Həyatınızda ən gözlənilməz hədiyyə hansı olub?
- Ən gözlənilməz hədiyyəni mən bir neçə il əvvəl almışdım. Neçənci il olduğu yadımda deyil, amma hədiyyə “Nintendo 64” oyun konsolu idi.
- Bu günü necə keçirəcəksiz?
- Doğum günümü həyat yoldaşım və dostlarımla qeyd edəcəm. Qeyri-adi bir şey olmayacaq.
- Artıq bir neçə ildir ki, “Neftçi”dəsiz. Bu klub sizin üçün nə məna daşıyır?
- “Neftçi” sevgi, emosiya, ehtiras deməkdir.
- Bu mövsüm bir oyunda hətta komandanın kapitanı qismində oynamısız.
- Bəli və buna görə qurur duyuram. Mənim üçün komandanın hər bir oyunçusu kapitandır. Biz “Neftçi”ni layiqli şəkildə təmsil etməliyik.
- Həftəsonu “Keşlə”yə qarşı keçiriləcək oyun ərəfəsində azarkeşlərə nə deyə bilərsiz?
- Arzum odur ki, oyuna gəlsinlər. Nə qədər çox olsalar, o qədər də biz güclü olacağıq. Qələbəni bir yerdə yaşayaq!