Bizdə "Goal-line" niyə yoxdu?
- 09 Okt 2024 17:00
- 584
"Sabah" - "Turan Tovuz" matçından sonra "Kəpəz" - "Neftçi" matçında baş verən epizod da "Goal-line"nin vacibliyini gündəmə gətirdi.
Rekord.az xəbər verir ki, "Neftçi" son dəqiqədə "Kəpəz"in qapısına qol vursa da, həmin epizodda topun qapı xəttini tam keçib-keçmədiyi geniş publika üçün qaranlıq qaldı.
Necə ki, "Sabah" - "Turan Tovuz" matçının son dəqiqəsondə "Turan Tovuz"un künc zərbəsi zamanı topun künc zərbəsi istiqamətində olan qapı xəttini keçib-keçmədiyi qaranlıq qalmışdı.Həmin epizodda yan xətt hakimi topun hacada ikən xətti keçdiyini iddia etmişdisə, "Kəpəz" - "Neftçiu" matçının yan xətt hakimi bu dəfə də topun qapı xəttinin keçdiyini iddi edib. Təbii ki, Azərbaycan çempionatında "goal-line" sistemi olmadığı üçün hər iki epizodda hakimlərə inanmağa məcburuq. Bizdə olan məlumata görə, əslidə AFFA bu sistemi tətbiq etmək haqda düşünüb. Lakin tətbiqin qiyməti xeyli yüksək olduğu üçün federasiya fikirindən daşınıb.