
“Bizə təzyiq olduğunu fikirləşmirəm”
- 28 Mar 2025 16:28
- 102
“Müntəzəm mövsümü qələbə başa vurmaq istəyirik. Tam olaraq buna köklənmişik. Sonadək mübarizə aparacağıq”.
Rekord.az xəbər verir ki, bunu “Quba”nın basketbolçusu Jalen Reyndols klubun mətbuat xidmətinə müsahibəsində deyib.
ABŞ-dan olan oyunçu Azərbaycan Basketbol Liqasının 20-ci turunda “Ordu”ya qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb:
“Çox yaxşı qarşılaşma olacağını düşünürəm. Bu mövsüm çempionatda hər kəslə oynaya biləcəyimizi göstərdik. Məğlubiyyətlərimizin bəzi səbəbləri yorğunluğun yaratdığı səhvlər idi. Yorğun olduğumuz zaman müdafiədə də səhvlərə yol verirdik. Atışlarda da bəzən dəqiq ola bilmirdik. Bu da sonda istədiyimiz nəticəni qazanmağa imkan vermirdi”.
O, pley-in mərhələsində uğurlu çıxış etmək istədiklərini bildirib:
“Müntəzəm mövsüm bitəcək və yeni startımız olacaq. Ona görə də, düşünürəm ki, burada uğur qazana bilərik. Bizə təzyiq olduğunu fikirləşmirəm. Çünki qalib gələcəyimizi gözləyənlər çox deyil. Məncə, əsas basqı “Ordu”da olacaq”.
Aprelin 2-də keçiriləcək “Quba” – “Ordu” oyunu saat 14:00-da start götürəcək.