
“Bizi autsayder hesab edirdilər” - Baxşıyev
- 29 Mar 2025 10:00
- 87
"Bu oyundan əvvəl çoxları düşünürdü ki, biz autsayderik. Oyuna yaxşı hazırlaşmışdıq".
Rekord.az xəbər verir ki, bunu NTD basketbol komandasının baş məşqçisi Tahir Baxşıyev mətbuat xidmətinə açıqlamasında deyib.
O, basketbol üzrə Azərbaycan kubokunun finalında “Neftçi” üzərində qazanılan 86:83 hesablı qələbəni şərh edib:
"Murad Babayevin olmaması problemlər yaradırdı. Bu oyunda Hüseyn Məmmədov və Oğuzxan Quliyev özlərini göstərmək üçün şans əldə etdilər. Və sübut etdilər ki, basketbol oynamağı bacarırlar. "Neftçi" çox güclü komandadır. Onların heyətində Azərbaycan milli komandasının iki oyunçusu var. Onlar yaxşı oyun göstərdilər. Amma biz daha güclü olduq".
NTD turnirin həlledici oyununda "Gəncə" ilə qarşılaşacaq.