“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri ev oyunu haqda danışıb.


Rekord.az xəbər verir ki, o, 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşma haqda bunu deyib:


“Çox maraqlı oyuna şahid olduq. Sürətli, dinamik matç alındı. Qol epizodlarımız var idi. Bundan istifadə edə bilmədik. “Sumqayıt” şiddətli pressinq tətbiq edirdi. Lakin bizim hücumlarımız daha kəsərli idi. Qol vəziyyətlərindən daha yaxşı istifadə etdik və bu, bizə kömək etdi. Müdafiəni yarmağa kömək oldu.


Vaqif Cavadovu təbrik edirəm. Bu yolun altına girəndə narahatlıq var idi. Vaqifi bu gün hiss etdik. Onu təbrik edirəm. Uğurlar arzu edirəm. “Şamaxı” ilə bizi ölkə kubokunun 1/8 final mərhələsinin vacib oyunu gözləyir. Buna çalışmalıyıq. 


Utziqin zədəsi bizdə təəssüf doğurdu. Düşünürük ki, qış fasiləsindən sonra oynaya biləcək. Yerli futbolçularla bağlı problem yaşayırıq. Nə qədər əzmkar çalışacaqsansa, həmişə sonda sevinən tərəf sən olacaqsan. Mən uğurun sirrini bunda görürəm”.