Argentinanın “Boka Xuniors” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, sözügedən komanda Migel Anxel Russoya həvalə olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, bu postda klub rəhbərliyinin yeni müqavilə imzalamaqdan imtina etdiyi Qustavo Alfaronu əvəz edib.

Migel Anxel Russo 2007-ci ildə də “Boka Xuniors”u çalışdırıb. 63 yaşlı argentinalı mütəxəssisin son iş yeri “Serro Porteno” olub.