Boksçularımız Debretsendə beynəlxalq turnirdə iştirak edəcək
- 06 Fev 2023 18:41
- 448
Fevralın 7-də Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
Rekord.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Yığmamız Debretsendə İlham Əlimzanov və Zaur Məmmədovun rəhbərliyi altında 8 boksçu ilə təmsil olunacaq. Yarışda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Nicat Hüseynov (51 kq), Əzrək Bəbirov (57 kq), Cəlal Qurbanov (63,5), Rəşid Həsənov (71 kq), Kamran Şahsuvarlı (80 kq) və Eldar Quliyev (86 kq) rinqə çıxacaqlar.
Turnirdə Elxan Quliyev isə referilər sırasında yer alacaq.
Bu gün Macarıstana yollanan komandamız fevralın 12-də Bakıya qayıdacaq.
Yarışda 26 ölkədən 352 (227 kişi, 125 qadın) boksçunun iştirakı gözlənilir.