Boksçularımızdan Boğaziçi turnirində 7 medal
- 21 Mar 2021 13:00
- 765
Türkiyənin İstanbul şəhərində təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turniri başa çatıb.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandası 30-a yaxın ölkədən 250 idmançının qatıldığı yarışı 7 medalla başa vurub.
Yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ikinci yeri tutub. Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) isə bürünc medalla kifayətlənib.
Qeyd edək ki, boksçularımız turnirdən öncə qardaş ölkədə təlim-məşq toplanışı keçiblər.