Boksçumuz Sofiyada bürünc medal qazandı
- 20 Apr 2022 21:12
- 529
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində yarımfinal döyüşləri davam edir.
Rekord.az xəbər verir ki, yığmamızın heyətində finala vəsiqə üçün Kənan Babayevin (48 kq) ardınca Amin Məmmədzadə (51 kq) də rinqə çıxıb.
1/8 finalda irlandiyalı, 1/4 finalda ermənistanlı rəqibinə qalib gələn Azərbaycan çempionu üçüncü qarşılaşmasında Gürcüstan idmançısı ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.
Nəticədə Məmmədzadə Avropa birinciliyini bürünc medalla başa vurub.
Qeyd edək ki, yarışda final görüşləri aprelin 21-də baş tutacaq. Kənan Babayev çempionluq döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşacaq.