Bordin baxışda olan legioneri bəyənmədi
- 15 Noy 2019 14:00
- 964
Xəbər verdiyimiz kimi, "Neftçi" baxışa yeni futbolçu dəvət edib. Bu, qvineyalı Yamussa Kamaradır. 19 yaşlı hücumameylli yarımmüdafiəçi vətənində "Seynt Marie” akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea” (2016-2017), "Satellit” (2017-2018) və "Kalum Star” (2018-2019) klublarında çıxış edib.
O, bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib. Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Yamussa Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.
Rekord.az-a daxil olan məlumata görə, qvineyalının ilk məşqi baş məşqçi Roberto Bordinin elə də xoşuna gəlməyib. Bununla belə, ən azı 1 həftə Kamaraya zaman veriləcək. Yalnız 1 həftənin sonunda onunla bağlı qərar veriləcək.