"Borussiya" bu xəbərə sevindi
- 2021-11-27 13:19
- 412
Dortmund "Borussiya"sının futbolçusu Erlinq Haaland zədəsini sağaldıb.
Rekord.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Marko Rouz məlumat verib. O, norveçli hücumçunun Bundesliqanın 13-cü turunda "Volfsburq"la oyuna komanda ilə birgə yollanacağını bildirib.Bununla belə, Halland start heyətdə meydana çıxmayacaq və qısa müddət oynayacaq.
Qeyd edək ki, 21 yaşlı futbolçu zədə səbəbindən 1 aydır yaşıl meydanlardan uzaqdır