Cud Bellingem Avropanın bir çox top-klubunun hədəfindədi.

Rekord.az xəbər verir ki, bunu nəzərə alan “Borussiya” oyunçusuna qiymət qoyub.

Dortmund klubu “Real”, “Mançester Siti”, “Mançester Yunayted” və “Liverpul”un maraq dairəsində olan 19 yaşlı yarımmüdafiəçini gələn yay 93 milyon avroya satmağa hazırdı.

Cud “Borussiya”ya 2020-ci ildə “Birmingem”dən keçib. İngilis futbolçu indiyədək Almaniya çempionatında 68 oyuna 4 qol vurub.