“Borussiya” və ÇSKA-dan Super Liqa klubuna
- 20 Yan 2020 12:20
- 813
Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçularla gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Rusiyanın ÇSKA (Moskva) klubunun müdafiəçisi Zvonimir Şarliya ilə Almaniyanın “Borussiya” (Münhenqladbax) klubunun sol cinah müdafiəçisi Berk Çetini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xorvatiyalı Şarliya satınalma şərti ilə birgə mövsümün sonuna kimi icarəyə götürülüb. 23 yaşlı mərkəz müdafiəçisi bu mövsümün əvvəlində yetirməsi olduğu “Slaven” (Belupo) klubundan ÇSKA-ya transfer olunmuşdu.
Berk Çetin isə “Borussiya”nın öz yetirməsidi. Münhenqladbax klubundan ayrılan 19 yaşlı col cinah müdafiəçisi “Kasımpaşa” ilə 3,5 illik müqaviləyə imza atıb.