“Borussiya”da yeni müqavilə
- 30 Noy 2019 10:30
- 877
Almaniyanın “Borussiya” klubu qapıçısı Yann Zommerlə müqaviləsinin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, 30 yaşlı futbolçu Münhenqladbax təmsilçisi ilə 2023-cü ilin yayına qədər artırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayında bitəcəkdi.
İsveçrəli qolkiper 2014-cü ildən “Borussiya”da çıxış edir. O, daha öncə “Bazel”, “Vaduts” və “Qrasshopper” klublarının da formasını geyinib. Zommer İsveçrə yığmasında da 45 oyun keçirib.