“Borussiya”dan “Hoffenhaym”a
- 01 Fev 2020 18:00
- 899
Almaniyanın “Hoffenhaym” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi Dortmund “Borussiya”sının vingeri Yakob Larseni transfer edib.
Bu barədə “Hoffenhaym”ın rəsmi saytı məlumat yayıb. 21 yaşlı danimarkalı futbolçu yeni klubu ilə müddəti 2024-cü ilin 30 iyununa kimi olan müqaviləyə imza atıb. O, bu komandada 7 nömrəli formanı geyinəcək.
Transferin maliyyə detalları açıqlanmır. Amma yerli medianın iddiasına görə, “Hoffenhaym” qarşı tərəfə 9 milyon avro ödəyib.
Larsen “Borussiya”nın öz yetirməsi idi. O, 2018-ci ildə “Ştutqart”a icarəyə verilmişdi. Futbolçu ötən ildən Danimarkanın əsas yığmasına cəlb olunur.