Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, sözügedən klub Mönhenqladbax “Borussiya”sından ayrılan Rami Bensebainini heyətinə qatıb.

Əlcəzairdən olan 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Bensebaini 2019-cu ildən Mönhenqladbax “Borussiya”sında çıxış edirdi. O, daha öncə “Renn”, “Lyers” və “Monpelye”də də oynayıb. Sol cinah müdafiəçisi Əlcəzair yığmasında 53 oyuna çıxıb, 6 qola imza atıb.