
“Borussiya”nın futbolçusu ÇL-də yeni rekord
- 16 Apr 2025 15:40
- 87
"Borussiya"nın (Dortmund) futbolçusu Seru Girassi UEFA Çempionlar Liqasında (ÇL) rekorda imza atıb.
Rekord.az xəbər verir ki, 29 yaşlı hücumçu buna İspaniya təmsilçisi "Barselona"ya qalib gəldikləri (3:1) 1/4 final mərhələsinin cavab matçında nail olub.
Het-trik edən qvineyalı forvard cari mövsüm turnirdə 13 dəfə fərqlənib. O, afrikalı oyunçular arasında ÇL-də bir mövsümdə vurduğu qollara görə rekordçudur.
Girassi Dortmund klubunun sabiq futbolçusu Sebastyan Allenin (2021/2022 - 11 qol) nailiyyətini geridə qoyub.
Səfərdə "Barselona"ya dörd cavabsız qolla uduzan "Borussiya" Çempionlar Liqası ilə vidalaşıb.