Dortmund “Borussiya”sının sabiq üzvü Lukas Barriosun yeni iş yeri bilinib.

Rekord.az xəbər verir ki, 35 yaşlı hücumçu “Ximnasiya” klubuna keçib.

Bu barədə Argentina təmsilçisinin rəsmi saytı məlumat yayıb. Barriosla müddəti ilin sonuna kimi olan müqavilə imzalanıb.

Argentina Premyer Liqasında mübarizə aparan “Ximnasiya”nı Dieqo Maradona çalışdırır.

2009-2012-ci illər aralığında “Borussiya”nın formasını geyinən Barrios, Bundesliqa təmsilçisi ilə 83 oyunda 39 qol vurub.

Paraqvay millisinin də üzvü olan hücumçu, yığmada keçirdiyi 36 oyunda 10 qolla yadda qalıb.