Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçlarının rəqibləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən Elmar Qasımov (100 kq) ev sahibi idmançı İmeda Qoqoladze ilə üz-üzə gələcək.


Qeyd edək ki ki, Azərbaycan yarışda 8 çəki dərəsində 11 cüdoçu ilə (7 kişi, 4 qadın) təmsil olunacaq.


Yarış sabah Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.


Kişilər


60 kq

1/16 final

Murad Muradlı - Jaba Papinaşvili (Gürcüstan)


66 kq

1/16 final

Nazir Talıbov - Laşa Nadiradze (Gürcüstan)

Rəşad Yelkiyev - Luka Saqanelidze (Gürcüstan)


73 kq

1/32 final

Qədir Hüseynov - Viktor Sterpu (Moldova)

1/16 final

Rüfət Şövlətov - Alberto Qaytero (İspaniya) / Andres Sandoval (Kolumbiya) cütünün qalibi ilə


81 kq

1/32 final

Məhərrəm İmamverdiyev - Yaniv Aqronov (İsrail)


100 kq

1/16 final

Elmar Qasımov - İmeda Qoqoladze (Gürcüstan)


Qadınlar


52 kq

1/8 final

Aydan Vəliyeva - Qal-od Tserentoqtox (Monqolustan)


57 kq

1/16 final

Fidan Əlizadə - Bianka Reis (Braziliya)


70 kq

1/16 final

Günel Həsənli - Kaya Şuster (Sloveniya)

Südabə Ağayeva - Qyoya Vetterli (İsveçrə)