“Böyük dəbilqə” turnirində Azərbaycanı 16 cüdoçu təmsil edəcək
- 20 Yan 2021 16:20
- 878
Fevralın 18-i Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.
Rekord.az xəbər verir ki, yarışda ölkəmizi 16 cüdoçu təmsil edəcək.
Kişilər arasında Kəramət Hüseynov, Davud Məmmədsoy (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Zelim Tckayev, Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.
Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) güclərini sınayacaqlar.
Fevralın 20-dək davam edəcək yarışda indiyədək 26 ölkədən 125 cüdoçu iştirakını təsdiqləyib.