Azərbaycan cüdo yığması fevralın 16-18-də İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək "Böyük Fəbilqə" turnirində iştirak edəcək.

Rekord.az xəbər verir ki, yarışda ölkəni 11 idmançı təmsil edəcək. 

Bunlar Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Nurlan Osmanov (73 kq), Zelim Tçkayev, Rüstəm Orucev (hər ikisi 81 kq) ), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri və Camal Qamzatxanovdur (hər ikisi +100 kq).

Ümumilikdə yarışda 56 ölkədən 411 cüdoçu iştirak edəcək.