“Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları məlum olub.

Rekord.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, üç gün davam edəcək yarışda milli komandanın 6 üzvü 3 çəki dərəcəsi üzrə mübarizə aparacaq.

Yarışda Rövşən Əliyev və Əhməd Yusifov 60 kq, Kamran Süleymanovla Ruslan Paşayev 66 kq, Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev isə 73 kq çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

“Böyük Dəbilqə”də 53 ölkədən 382 idmançı medallar uğrunda yarışacaq.