“Leykers”in forvardı Lebron Ceyms Milad bayramı günündə oyun sayına görə Kobi Brayantın rekordunu yenilədi.

Rekord.az xəbər verir ki, “Dallas”a qarşı oynayan 37 yaşlı amerikalı ulduz bayram günündə 17-ci dəfə parket üzərində çıxmaqla artıq bu göstəricidə vahid rekordçu oldu.

Əvvəlki rekord mərhum Brayanta (16) məxsus idi. 2003-cü ildən bəri MBA-da çıxış edən Lebron bu liqada 20-ci mövsümünü keçirir. O, dördqat çempion olmaqla yanaşı, 4 dəfə də mövsümün ən yaxşı basketbolçusu sayılıb.

Şənbə günü keçirilən “Bruklin” – “Miluoki” oyununu izləyənlər arasında Zlatan İbrahimoviç də var idi. 41 yaşlı isveçli ilk sırada əyləşmişdi. Kayri İrvinq oyundan sonra “Milan”ın forvardını salamladı və ona formasını bağışladı.