Brayantın xanımı: "Nə qədər çox sevildiyini gördükdə bir az sakitləşirəm"
- 31 Yan 2020 20:00
- 1270
Helikopter qəzasında həlak olan əfsanəvi basketbolçu Kobi Brayantın həyat yoldaşı Vanessa Brayant sosial şəbəkədə paylaşım edib.
Rekord.az xəbər verir ki, o, Kobi və qızı Ciannanın həyatını itirməsinin böyük acı olduğunu və onlarsız yaşamağı təsəvvür etmədiyini bildirib:
“Qızlarım və mən qorxunc dönəmdəyik. Bizə dəstək olan hər kəsə təşəkkür edirik və dualarınız üçün minnətdarıq. Sevgi dolu həyat yoldaşım Kobi və birdənə şirin qızım Ciannanın ölümü ilə yıxıldıq.
Həmçinin bazar günü həmin qəzada həlak olan digər ailələr üçün də üzüldük, acılarını paylaşırıq. İndiki halda acımızı ifadə edəcək bir söz yoxdur.
Lakin onların nə qədər çox sevildiyini gördükdə bir az sakitləşirəm. Onlara sahib olduğumuz üçün özümüzü rahat hiss edirik. Ümid edirəm ki, sonsuza qədər bizimlə olacaqlar.
Onlarsız həyatı təsəvvür etmək mümkünsüzdür. Amma hər səhər yuxudan oyanmalı və Kobi ilə Cianna üçün həyata davam etməliyəm.
Gigi, yolumuzu aydınlatmaq üçün üzərimizdə parlayacaq. Sevgimiz heç bir şeylə ölçülə bilməz. Onlara bir daha sarılmaq və öpmək istərdim. Sonsuza qədər Kobi və qızımla qalmağı diləyərdim”.