
Braziliya millisində ciddi itki
- 21 Mar 2025 16:04
- 41
Braziliya millisinin və İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Bekker başından zədələnib.
Rekord.az xəbər verir ki, 32 yaşlı qolkiper DÇ-2026-nın seçmə mərhələsinin Kolumbiya ilə keçirilən oyununda (2:1) zədələnib.
O, qarşılaşmanın 78-ci dəqiqəsində "Tottenhem"də çıxış edən Davinson Sançeslə toqquşub. Nəticədə "əlcək sahibi" meydanı tərk etmək məcburiyyətində qalıb.
Alissonun zədəsinin nə dərəcədə ciddi olduğu müayinələrdən sonra bəlli olacaq.