Braziliya millisinin hücumçusu vəfat etdi
- 12 May 2023 10:06
- 372
Braziliyanın qadın voleybolçulardan ibarət millisinin hücumçusu olmuş Ana Paula Borqo vəfat edib. "Rekord.az" xəbər verir ki, təcrübəli voleybolçu xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Borqonun xəstəliyi ötən ilin sentyabrında üzə çıxmışdı. 29 yaşlı idmançı dünən rəhmətə gedib.
Qeyd edək ki, Borqo öz ölkəsi ilə yanaşı, Türkiyə və İtaliyada da çıxış edib. Ötən mövsümü isə İtaliyanın "Volley Bergamo" klubunda keçirmişdi. Braziliya millisinin də formasını geyinmiş hücumçu yığma komanda ilə Cənubi Amerika çempionatında qızıl, Millətlər Liqasında gümüş medal qazanmışdı.