Amerika Kubokunda 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib.

Rekord.az xəbər verir ki, D qrupunda keçirilən qarşılaşmaların nəticəsinə əsasən 1/4 finala son olaraq Braziliya və Kolumbiya yığmaları yüksəlib.

Bu komandalar arasında 3-cü turun oyununda qalib müəyyənləşməyib - 1:1. Qrupun digər matçında Kosta Rika yığması Paraqvaya 2:1 hesabı ilə qalib gəlib.

Kolumbiya (7 xal) qrup birincisi, Braziliya (5 xal) isə ikinci kimi 1/4 finala vəsiqə qazanıb.

Amerika Kuboku
1/4 final

Argentina - Ekvador
Venesuela - Kanada
Uruqvay - Braziliya
Kolumbiya - Panama