Braziliya yığmasının baş məşqçi Dorival Junior istefaya göndərilib.


Rekord.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.


CBF 62 yaşlı mütəxəssisi istefaya göndərdiyini yazıb. Qurum DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 1:4 hesablı məğlubiyyəti ona bağışlamayıb.


Ötən ilin yanvarından "sambaçılar"a başçılıq edən Dorival komandanı 16 oyunda meydana çıxarıb. Bu görüşlərdə Braziliya millisi 7 qələbə, 6 heç-heçə, 3 məğlubiyyət görüb.